AZ

Bu şəxslər 82 min manatlıq cərimələndi

Ov qaydalarını pozan şəxslər cəzalandırılıb.

Milli.Az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, qanunsuz ov hallarının qarşısının alınması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik və Bioloji Müxtəlifliyin Qorunması  Xidmətləri tərəfindən yanvar-fevral ayları ərzində nəzarət tədbirləri həyata keçirilib. 

Bu tədbirlər zamanı Bakı şəhəri Pirallahı, Qaradağ, Suraxanı rayonlarının, Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev, Abşeron rayonu Məmmədli, Xızı rayonu Yaşma, Neftçala rayonu Dördlər, Qağalı, Şirvanlı, Xaçmaz rayonu Tikanoba, Niyazoba, Xəzərli, İmişli rayonu Məmmədli,  İsmayıllı rayonu Ağbulaq, Sabirabad və Şəmkir rayonları ərazisində, həmçinin Mahmudçala, Zəvvar, Qırmızıkənd, Varvara, Sarısu ovçuluq təsərrüfatlarında ov qaydalarının pozulması faktları aşkar edilib.

Faktlarla bağlı akt, protokol tərtib edilərək ov qaydalarını pozan 67 yerli və 8 xarici ölkə vətəndaşı ümumilikdə 82000 manat məbləğində cərimə olunub.

Milli.Az

Seçilən
25
23
milli.az

10Mənbələr