AZ

Bakıda saxta dollar satan dəstə tutuldu – VİDEO

Nizami Rayon Polis İdarəsinin əməkdaşları Bakıda saxta dollar satan dəstə üzvlərinin saxlanılması məqsədi ilə əməliyyat keçirib.

Daxili İşlər Nazirliyindən KONKRET.az-a verilən məlumata görə. nəticədə bu əməli törətməkdə şübhəli bilinən 3 nəfər saxlanılıb. Həmin şəxslər paytaxt ərazisində ümumilikdə 25 min 200 dollar saxta əskinası satmağa çalışıblar.

A%2014%20DOllar

Ekspert rəyi ilə müəyyən edilib ki, pul əskinaslarının müdafiə nişanları saxlanılan şəxslər tərəfindən xüsusi üsullarla saxtalaşdırılıb.

Dəstənin ölkə daxili və xaricində olan digər üzvlərinin də saxlanılması istiqamətində əməliyyatlar davam etdiyindən saxlanılan şəxslərlərin ad və soyadını qeyd etmək məqsədəmüvafiq hesab edilmir.

Araşdırmalar aparılır.

Seçilən
24
24
konkret.az

10Mənbələr