AZ

Bakıda XÜSUSİ ƏMƏLİYYAT: saxta dollar satan dəstə tutuldu

Nizami Rayon Polis İdarəsinin əməkdaşları Bakıda saxta dollar satan dəstə üzvlərinin saxlanılması məqsədi ilə əməliyyat keçirib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə. nəticədə bu əməli törətməkdə şübhəli bilinən 3 nəfər saxlanılıb. Həmin şəxslər paytaxt ərazisində ümumilikdə 25 min 200 dollar saxta əskinası satmağa çalışıblar.

Ekspert rəyi ilə müəyyən edilib ki, pul əskinaslarının müdafiə nişanları saxlanılan şəxslər tərəfindən xüsusi üsullarla saxtalaşdırılıb.

Dəstənin ölkə daxili və xaricində olan digər üzvlərinin də saxlanılması istiqamətində əməliyyatlar davam etdiyindən saxlanılan şəxslərlərin ad və soyadını qeyd etmək məqsədəmüvafiq hesab edilmir.

Araşdırmalar aparılır.

BakıdaXÜSUSİ

Seçilən
25
24
turkustan.az

10Mənbələr