Minlərlə ukraynalı əsgər Rusiya qüvvələri tərəfindən mühasirəyə alınıb və onlar həssas vəziyyətdədir.
APA xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə telefon danışığı zamanı bildirib.
O, Putindən mühasirəyə alınan Ukrayna hərbçilərini bağışlamasını istədiyini bildirib: “İndi minlərlə Ukrayna əsgəri Rusiyanın mühasirəsindədir. Mən Prezident Putindən onların həyatlarına rəhm olunmasını ciddi şəkildə xahiş etmişəm. Bu İkinci Dünya Müharibəsindən bəri görülməmiş dəhşətli bir qırğın olardı. Tanrı hamısını qorusun”.