Minlərlə ukraynalı əsgər Rusiya qüvvələri tərəfindən mühasirəyə alınıb və onlar həssas vəziyyətdədir.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə telefon danışığı zamanı bildirib.
Tramp Putindən mühasirəyə alınan Ukrayna hərbçilərini bağışlamasını istədiyini bildirib: “İndi minlərlə Ukrayna əsgəri Rusiyanın mühasirəsindədir. Mən Prezident Putindən onların həyatlarına rəhm olunmasını ciddi şəkildə xahiş etmişəm. Bu, İkinci Dünya Müharibəsindən bəri görülməmiş dəhşətli bir qırğın olardı. Tanrı hamısını qorusun”.