Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı mayın 9-da Moskvada Qələbənin 80 illiyinə həsr olunmuş yubiley tədbirlərində iştirak edəcəyini təsdiqləyib.
Sitat.info xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətindən məlumat verilib.
“Ermənistan baş naziri təsdiqləyib ki, o, Rusiya prezidentinin dəvətini qəbul edir və Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi münasibətilə mayın 9-da Moskvada keçiriləcək yubiley tədbirlərində iştirak edəcək”, - məlumatda qeyd olunub.