
Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvada qələbə paradında iştirak edəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə o, Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı deyib.
Bildirilib ki, söhbət erməni tərəfinin təşəbbüsü ilə baş tutub:
“Ermənistanın Baş naziri təsdiq edib ki, o, Rusiya prezidentinin dəvətini qəbul edir və mayın 9-da Moskvada Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi ilə bağlı keçiriləcək yubiley şənliklərində iştirak edəcək”.