AZ

Oğul atasına xəsarət yetirdi

Astara rayonunda 1996-cı il təvəllüdlü Bəxtiyar ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı atası Məmmədə (adlar şərtidir – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Astara rayonunun kəndlərindən birində baş verib. Bəxtiyar kənddə birgə yaşadıqları evdə atası Məmmədlə arasında şəxsi münasibətlər zəminində baş verən mübahisə zamanı onun üz nahiyəsindən bir neçə dəfə yumruqla zərbə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

Hadisəni törədən Bəxtiyarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Bəxtiyar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

Zərərçəkmiş qismində ifadə verən Məmmədin sözlərinə görə, ailəsi ilə birlikdə Astara rayonunun kəndində yaşayıb. Onun sözlərinə görə, təqsirləndirilən şəxs onun övladı olub, təqsirləndirilən şəxs ilə aralarında olan mübahisədən sonra ondan üzr istəyib. Buna görə də o, oğlunun bağışlayıb. 

Bu cinayət işinə Astara Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. 

Bu səbəbdən Bəxtiyarın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuluiyyətindən azad olunub. 

Fariz Məlikli
Demokrat.az
Seçilən
16
2
demokrat.az

3Mənbələr