AZ

Ötən gün 43 kq-dan çox narkotik aşkarlandı

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ötən gün ümumi çəkisi 43,4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Ölkə.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr - 4,3 kiloqramdan artıq heroin, 34,1 kiloqramdan artıq marixuana, 5 kiloqrama yaxın metamfetamin, həmçinin 19 ədəd psixotrop tərkibli həb olub.

Seçilən
38
19
olke.az

10Mənbələr