AZ

DİN: Ötən gün 43 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

DİN:

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilənəticəsində martın 14-də ümumi çəkisi 43,4 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq götürülüb.“Ulusum”.az Daxili İşlər Nazirliyinin (DİN) məlumatına istinadən xəbər verir ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 4,3 kiloqramdan artıq heroin, 34,1 kiloqramdan artıq marixuana, 5 kiloqrama yaxın metamfetamin, həmçinin 19 ədəd psixotrop tərkibli həb olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.DİN-in əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində də əməliyyat və profilaktik tədbirlər davam etdirilir.Martın 14-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silahı, 1 qumbara, 16 tüfəng, 1 patron darağı və 12 patron aşkar edərək götürüblər.

Diqqət Çəkənlər

Ramazanın 15-ci günü: Dua, imsak və iftar vaxtı

DİN vətəndaşlara müraciət etdi - VİDEO

Şəhid xanımı BDU-da işə başladı

Seçilən
58
1
ulusum.az

10Mənbələr