AZ

Ayxan Abbasov milliyə bu futbolçuları çağırdı

style='margin-bottom:10px;'>

Azərbaycan U-21 millisi martın 17-də Bakıda, martın 18-dən 26-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçəcək.

QOL.az xəbər verir ki, hazırlıq çərçivəsində U-21-in martın 22-də Moldova, 25-də isə Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama görüşü təşkil olunacaq. Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Komandanın yeni baş məşqçisi Ayxan Abbasov toplanış üçün millimizə aşağıdakı futbolçuları çağırıb: 

Qapıçılar: Rəvan Kazımov ("Neftçi"), Xəyal Fərzullayev ("Sumqayıt"), Səlim Həşimov ("Zirə")

Müdafiəçilər: Raul Məmmədov ("Mingəçevir"), Nadir Orucov, Ayxan Süleymanlı (ikisi də "Sumqayıt"), İbrahim Ramazanov ("Qəbələ"), Emin Rüstəmov ("Səbail"), Həmzəali Mikayılov ("Sabah"), Rüfət Abbasov ("Şamaxı")

Yarımmüdafiəçilər: Fəxri Məmmədli, Edqar Adilxanov (ikisi də "Şamaxı"), Sənan Muradlı, Nihad Əhmədzadə (ikisi də "Sumqayıt"), Qurban Səfərov ("Qarabağ"), Dinamin Bağırov ("Turan Tovuz"), Murad Məmmədov ("Neftçi"), Həsən Nəzərli ("Ankaragücü" Türkiyə), Şahin İbrahimov ("Sabah"), Okan Təhməzli ("Cəbrayıl"), Mircamal Əlizadə ("Turan Tovuz"), Emil Süleymanov ("Qəbələ")

Hücumçular: Cavad Kərimov, Sadiq Şəfiyev (ikisi də "Kəpəz"), Oruc Məmmədov ("Səbail"), Ramil Nurəhmədov ("Sabah"), Nihat Mehrəliyev ("Qarabağ").

Seçilən
19
7
teleqraf.com

10Mənbələr