21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası martın 17-də Bakıda, martın 18-dən 26-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçəcək.
Publika.az xəbər verir ki, hazırlıq çərçivəsində U-21-in martın 22-də Moldova, 25-də isə Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama görüşü təşkil olunacaq. Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Yığmanın yeni baş məşqçisi Ayxan Abbasov toplanış üçün 27 futbolçuya dəvət göndərib.
S. | Ad / Soyad | Klub |
1 | Rəvan Kazımov | Neftçi |
2 | Xəyal Fərzullayev | Sumqayıt |
3 | Səlim Həşimov | Zirə |
4 | Raul Məmmədov | Mingəçevir |
5 | Nadir Orucov | Sumqayıt |
6 | İbrahim Ramazanov | Qəbələ |
7 | Ayxan Süleymanlı | Sumqayıt |
8 | Emin Rüstəmov | Səbail |
9 | Həmzəali Mikayılov | Sabah |
10 | Fəxri Məmmədli | Şamaxı |
11 | Rüfət Abbasov | Şamaxı |
12 | Sənan Muradlı | Sumqayıt |
13 | Qurban Səfərov | Qarabağ |