RU

Bakıda 24, rayonlarda 30 dərəcə isti olacaq -SABAHIN HAVASI

Martın 16-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Milli Hidrometeorologiya Xidmətindən Senzor.az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə arabir duman olacaq, mülayim cənub-şərq küləyi əsəcək. 

 

Havanın temperaturu gecə 7-12°, gündüz 19-24° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

 

Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə arabir duman olacağı, şərq küləyinin əsəcəyi  gözlənilir.

 

Havanın temperaturu gecə 8-12°, gündüz 25-30°, dağlarda gecə 3-8°, gündüz 20-25° isti olacaq.

Избранный
33
49
senzor.az

10Источники