Misli Premyer Liasının XXVII turunun mərkəzi görüşü bu gün Masazırda keçirilir.

Offsideplus.az xəbər verir ki, "Sabah" gümüş medallara iddialı "Zirə"ni qəbul edir.

Meydan sahibləri arzuolunmaz 2 seriyanı qırmaq niyyətindədirlər. Birincisi, Vasili Berezustkinin yetirmələri son 4 turda qələbə üzünə həsrətdirlər (3 heç-heçə, 1 məğlubiyyət). Bundan əlavə, "Sabah" axırıncı 3 ev qarşılaşmasında "Zirə"yə uduzub.

Əks düşərgədə isə əhval-ruhiyyə yüksəkdir. Ardıcıl 4 qələbə ilə turnir cədvəlinin 2-ci pilləsinə yüksələn Rəşad Sadıqovun komandası mövqeyini möhkəmlətmək istəyir. 

“Sabah” – “Zirə” 1:0 (birinci hissə)

Qol: C.Sekidika, 34.


Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Teymur Teymurov, Əli Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Erkin Hüseynov
“Bank Respublika Arena”