Misli Premyer Liqasının XXVII turunun mərkəzi görüşü bu gün Masazırda keçirilib.

Offsideplus.az xəbər verir ki, "Sabah" gümüş medallara iddialı "Zirə"ni qəbul edib və görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. 

Vasili Berezustkinin yetirmələri artıq son 5 turda qələbə üzünə həsrətdirlər (4 heç-heçə, 1 məğlubiyyət). Turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan Rəşad Sadıqovun komandası isə ardıcıl 5 oyundur ki, məğlubiyyət nədir bilmir.

“Sabah” – “Zirə” 1:1

Qollar: C.Sekidika, 34. - D.Volkov, 63.


Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Teymur Teymurov, Əli Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Erkin Hüseynov
“Bank Respublika Arena”