AZ

Cəlilabadda meyitxanaya gətirilən 34 yaşlı kişinin ölmədiyi məlum olub

Cəlilabadda meyitxanaya gətirilən 34 yaşlı kişinin ölmədiyi məlum olub.
 
"Report"un Muğan bürosunun məlumatına görə, rayonun Tahirli kənd sakini, 1991-ci il təvəllüdlü Xəyal Quliyevin meyiti evdə aşkarlanıb.
 
Sonra onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə təhvil verilib. Lakin sonradan X.Quliyevin ölmədiyi, komatoz vəziyyətdə olması aşkar edilib. O dərhal Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
 
Hazırda onun vəziyyəti ağır olaraq qalır.
 
Faktla bağlı araşdırma aparılır.
Seçilən
1
3
moderator.az

10Mənbələr