AZ

Cəlilabadda ölən kişi “morq”da dirildi

Cəlilabadda meyitxanaya gətirilən 34 yaşlı kişinin səhhəti ilə bağlı TƏBİB açıqlama verib.

“Report”un Muğan bürosunun sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 12:00 radələrində 1991-ci il təvəllüdlü (kişi cinsli) şəxs mexaniki asfiksiya diaqnozu ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Ona zəruri tibbi yardımlar göstərilib. Hazırda vəziyyəti stabildir, reanimasiya şöbəsində müalicəsi davam etdirilir.

20:47
Seçilən
3
4
azpost.info

10Mənbələr