AZ

"Sabah" - "Zirə" oyununda qalib müəyyənləşmədi

Futbol üzrə Misli Premyer Liqasının XXVII turunun "Sabah" - "Zirə" oyununda qalib müəyyənləşməyib.

"Ölkə.az" xəbər verir ki, "Bank Respublika Arena"da keçirilən oyunda tərəflər hərəyə 1 dəfə fərqləniblər.

Meydan sahiblərinin heyətində 34-cü dəqiqədə Cesse Sekidika hesabı açıb. Bərabərlik qolunu isə 63-cü dəqiqədə David Volkov vurub.

Turnir cədvəlində "Zirə" 52 xalla ikinci, "Sabah" isə 35 xalla beşincidir

Qeyd edək ki, turun əvvəlki matçlarında "Araz-Naxçıvan" "Şamaxı" ilə (1:1), "Kəpəz" isə "Qarabağ"la (0:0) heç-heçəyə razılaşıb.

Seçilən
5
1
olke.az

10Mənbələr