Bundesliqanın 26-cı turunda “Bavariya” səfərdə “Union Berlin”in qonağı olub. Manset.az xəbər verir ki, görüşdə münxenlilər 75-ci dəqiqədə Leroy Sanenin sayəsində hesabda irəli çıxıblar. Lakin 83-cü dəqiqədə ev sahibləri oyunda tarazlığı bərpa ediblər. Paytaxt təmsilçisinin heyətində Benedikt Hollerbax fərqlənib. Qarşılaşma 1-1 hesabı ilə başa çatıb.