Bundesliqanın 26-cı turunda "Bavariya" səfərdə "Union Berlin"in qonağı olub.
Bakıvaxtı.az xəbər verir ki, görüşdə münxenlilər 75-ci dəqiqədə Leroy Sanenin sayəsində hesabda irəli çıxıblar.
Lakin 83-cü dəqiqədə ev sahibləri oyunda tarazlığı bərpa ediblər. Paytaxt təmsilçisinin heyətində Benedikt Hollerbax fərqlənib.
Qarşılaşma 1-1 hesabı ilə başa çatıb.