AZ

Boksçularımız beynəlxalq turniri üç medalla başa vurdular

Azərbaycan boksçuları Macarıstanın Debretsen şəhərində keçirilən beynəlxalq turniri üç medalla başa vurub.

Bakıvaxtı.az Boks Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Məhəmmədəli Qasımzadə (60 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

O, finalda Kruzito Kovaçsu (Macarıstan) 4:1 (30:27, 28:29, 29:26, 29:28, 29:28) hesabı ilə məğlub edib.

Tural Sarıyevlə (50 kq) Əli Abdullayev (65 kq) isə gümüş medala sahib olublar.

Seçilən
17
10
bakivaxti.az

10Mənbələr