AZ

Azərbaycan boksçuları Macarıstanda 1 qızıl, 2 gümüş medal qazanıblar

Macarıstanın Debretsen şəhərində boks üzrə beynəlxalq turnirə yekun vurulub.

Boks Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, Azərbaycan millisi yarışı 1 qızıl və 2 gümüş medalla başa vurub.

Boksçularımızdan Məhəmmədəli Qasımzadə (60 kiloqram) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, finalda Kruzito Kovaçsu (Macarıstan) 4:1 (30:27, 28:29, 29:26, 29:28, 29:28) hesabı ilə məğlub edib.

Tural Sarıyevlə (50 kiloqram) Əli Abdullayev (65 kiloqram) isə gümüş medala sahib olublar.

Seçilən
15
16
yeniazerbaycan.com

10Mənbələr