AZ

ABŞ-də "Amerikanın Səsi" və "Azadlıq" radiosu fəaliyyətlərini dayandırıblar

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ Prezidenti Donald Tramp ABŞ Qlobal Media Agentliyini (USAGM) ləğv etmək əmrindən sonra "Amerikanın Səsi" və "Azadlıq" radiosu fəaliyyətini dayandırıblar.
Bu barədə Oxu.Az "Reuters" agentliyinə istinadla xəbər verir.
Bildirilir ki, hökumət təşkilatı olan USAGM-nin tərkibinə "Amerikanın Səsi"("Voice of America") və "Azadlıq" radiosu ("Radio Free Europe/Radio Liberty") daxildir.
"Amerikanın səsi"nin direktoru Maykl Abramovitsin sözlərinə görə, D.Trampın qərarından sonra radiostansiyanın 1 300-dən çox əməkdaşını məzuniyyətə yollayıblar.
Qeyd edək ki, ABŞ Konqresinin hesabatına əsasən, ötən ilin yekunları üzrə USAGM-nin büdcəsi 886 milyon dollar təşkil edib, 3 500-ə yaxın çox nəfər işə götürülüb.
Seçilən
18
50
oxu.az

10Mənbələr