1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Rusiya qoşunları Kursk vilayətində daha bir yaşayış məntəqəsində nəzarəti bərpa ediblər.
Oxu.Az-ın məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Şimal" qoşun qruplaşmasının bölmələri hücum əməliyyatları zamanı Qonçarovka yaşayış məntəqəsini azad ediblər", - deyə nazirlikdən bildirilib.
Dünən Rusiyanın Kursk vilayətinin Melovoy, Podol və Suca yaşayış məntəqələrində nəzarətin bərpa edildiyi barədə məlumat verilmişdi.