AZ

"Qonşular şikayətləndi ki, bəsdir..."

Əməkdar artist Sevda Ələkbərzadə verilişlərə az-az getməsindən danışıb.

Milli.Az xəbər verir ki, "Zaurla Günaydın" verilişinə qatılan müğənni tez-tez efirə çıxmağı sevmədiyini deyib. O bildirib ki, həmin halda insan adiləşir:

"İnsan çox istədiyi sənətçini gözləməlidir. Qoy darıxsınlar, hər şeyin yeri var. Çox gəlib-gedəndə insan adiləşir. Nadir halda gələndə isə başqa münasibət göstərilir. 34 ildir səhnədəym. Əvvəl tez-tez efirə çıxırdım. Bir çox verilişlərdə olmuşam, qonşular şikayətlənib ki, bəsdir, nə vaxt açırıq səni görürük".  (Axşam.az)

Milli.Az

Seçilən
9
26
milli.az

10Mənbələr