AZ

Uill Smit 20 il sonra ilk albomunu buraxacaq

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Uill Smit 20 il sonra ilk musiqi albomunun buraxılış tarixini açıqlayıb.
Oxu.Az xəbər verir ki, aktyor bu barədə "Instagram" hesabında məlumat paylaşıb.
Artıq beşinci solo albom olan bu layihə "Based on a True Story" adını daşıyır.
Smit albomun treklistini də yayımlayıb. Albomda oğlu Ceyden, müğənni Teyana Teylor, soul ifaçısı Jak Ross və DJ Jazzy Jeff ilə duetlər gözlənilir.
Treklistə Smitin BET mükafatı mərasimində ifa etdiyi "You Can Make It" mahnısı, həmçinin əvvəllər buraxılmış "Beautiful Scars", "Tantrum" və "Work of Art" trekləri daxildir. Son üç mahnıda duet ifaçılarının adları göstərilməyib.
Maraqlıdır ki, albomun üz qabığında "Birinci mövsüm: R.I.T.W." qeydi var. Bu, albomun davamının gələ biləcəyinə işarə ola bilər.
Seçilən
64
50
oxu.az

10Mənbələr