AZ

Kennedinin qətli ilə bağlı sirlər açılacaq

ABŞ administrasiyası 35-ci Prezident Con Kennedinin öldürülməsi ilə bağlı materialları bir neçə həftə ərzində açıqlamaq və dərc etməyi planlaşdırır.

Bunu ABŞ Prezidenti Donald Tramp "Full Measure" proqramına müsahibəsində bildirib.

ABŞ lideri qeyd edib ki, ilk prezidentlik müddətində o, materialların bir hissəsini açıqlayıb.

"Amma o vaxtdan onlar və biz Kennedi ilə bağlı daha 2 min sənəd tapdıq. Arxiv dərc olunacaq, işlər irəliləyir və kifayət qədər sürətlə irəliləyir. Deyərdim ki, bu, bir neçə həftə ərzində baş verəcək. Bəli, həftələr deyərdim", - Tramp qeyd edib.

Xatırladaq ki, 23 yanvar tarixində Tramp Kennedinin və Nobel Sülh Mükafatı laureatı Martin Lüter Kinqin öldürülməsi ilə bağlı gizli materialların açıqlanması haqqında fərman imzalayıb.

Con Kennedi 22 noyabr 1963-cü ildə Texas ştatına seçki səfəri zamanı Dallasda öldürülüb. (Oxu.Az)

Seçilən
64
1
xezerxeber.az

10Mənbələr