AZ

"Koroğlu" metrosundan sərnişinlər çıxardıldı: Bakı Metropolitenindən AÇIQLAMA

"Koroğlu" stansiyasının infrastrukturu ilə bağlı texniki xarakterli problem yoxdur. 

Bunu Bakı Metropolitenin mətbuat katibi Bəxtiyar Hacıyev deyib. 

Bildirib ki, sərnişin sıxlığı müşahidə olunub. Sərnişinlərin təhlükəsiz hərəkəti məqsədilə metropolitenin əlavə nəzarət mexanizmləri var. 

"Ümumən metropolitenin bütün infrastrukturu, o cümlədən qatarlar saz vəziyyətdədir",- deyə B.Hacıyev qeyd edib. 

Qeyd edək ki, sosial şəbəkələrdə səhər saatlarında metronun "Koroğlu" stansiyasından sərnişinlərin çıxarılması ilə bağlı görüntülər yayılıb.

Seçilən
22
2
news365.az

6Mənbələr