AZ

Sərnişinlər metrodan çıxarılır? - Nələr baş verir? - AÇIQLAMA  

  Metonun "Koroğlu" stansiyasının infrastrukturu ilə bağlı texniki xarakterli problem yoxdur.

Bunu Referans.az-ın sorğusuna cavab olaraq Bakı Metropolitenin mətbuat katibi Bəxtiyar Hacıyev deyib.

Onun sözlərinə görə, metroda sərnişin sıxlığı müşahidə olunub. Sərnişinlərin təhlükəsiz hərəkəti məqsədilə metropolitenin əlavə nəzarət mexanizmləri var.

"Ümumən metropolitenin bütün infrastrukturu, o cümlədən qatarlar saz vəziyyətdədir",- deyə B.Hacıyev qeyd edib.

Qeyd edək ki, sosial şəbəkələrdə səhər saatlarında metronun "Koroğlu" stansiyasından sərnişinlərin çıxarılması ilə bağlı görüntülər yayılıb.


Seçilən
9
2
referans.az

6Mənbələr