AZ

Bu il nə qədər fitrə zəkatı verilməlidir? - QMİ-dən AÇIQLAMA

Bakı. Trend:

Mart ayının 30-u Ramazan bayramıdır. Orucluğun mühüməməllərindən biri olan fitrə zəkatının verilməsinin vaxtı Ramazanayının son günüdür. İnsanlar öz qohumları, qonşuları arasında,ümumiyyətlə, ətrafdakı kasıb ailəyə fitrə zəkatını bayram namazınaqədər versə, daha yaxşıdır.

Bunu Trend-əQafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayevdeyib.

O bildirib ki, bir insan minimum səviyyədə yaşamaq imkanınamalikdirsə, əlində müəyyən qədər maddi imkanları varsa, hər ailəüzvünə görə fitrə zəkatı çıxarmalıdır.

"Fitrə zəkatını buğda, arpa, xurma, kişmiş, düyü və qarğıdalıkimi məhsullardan, eləcə də, pul şəklində vermək olar.

Lakin Qafqaz Müsəlmanları İdarəsi tərəfindən fitrənin pulşəkilində çıxarılması tövsiyə olunur. Bu il üçün ortalama olaraqhər ailə üzvü hesabına 10-15 manat fitrə çıxarılmasıməqsədəuyğundur. Fitrə zəkatını ailə başçısı ailədə olan üzvlərinsayına görə verməlidir.

İnsanlar bayram namazına qədər fitrə zəkatını çıxarmalıdır", -deyə o qeyd edib.

Məqalədə:
Seçilən
24
7
az.trend.az

8Mənbələr