Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev deyib.
O bildirib ki, bir insan minimum səviyyədə yaşamaq imkanına malikdirsə, əlində müəyyən qədər maddi imkanları varsa, hər ailə üzvünə görə fitrə zəkatı çıxarmalıdır.
"Fitrə zəkatını buğda, arpa, xurma, kişmiş, düyü və qarğıdalı kimi məhsullardan, eləcə də, pul şəklində vermək olar.
Lakin Qafqaz Müsəlmanları İdarəsi tərəfindən fitrənin pul şəkilində çıxarılması tövsiyə olunur. Bu il üçün ortalama olaraq hər ailə üzvü hesabına 10-15 manat fitrə çıxarılması məqsədəuyğundur. Fitrə zəkatını ailə başçısı ailədə olan üzvlərin sayına görə verməlidir.
İnsanlar bayram namazına qədər fitrə zəkatını çıxarmalıdır", - deyə o qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31