AZ

Diyarbəkir hava limanında sərnişindaşıma 340 min nəfəri keçib (ÖZƏL)

Bakı, TurkicWorld

2025-ci ilin fevral ayında Türkiyənin Diyarbəkir Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyişməyərək, 344 min 879 nəfər olub.

Bu barədə TurkicWorld -a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin fevral ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 3 faiz azalaraq, 313 min 988 nəfər, beynəlxalq reyslər üzrə isə 50 faiz artaraq 30 min 891 nəfər təşkil edib.

2025-ci ilin fevral ayında hava limanının yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2 faiz artaraq 3 min 164 ton təşkil edib. Bununla yanaşı, 2025-ci ilin fevral ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 6 faiz azalaraq,2 min 563 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 55 faiz artaraq ,600 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2025-ci ilin fevral ayında həyata keçirilən uçuşların sayı 2024-cü ilin fevral ayı ilə müqayisədə 6 faiz artaraq, 2 min 236 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 3 faiz artaraq, min 992, beynəlxalq reyslər üzrə isə 45 faiz artaraq 244 olub.

2025-ci ilin fevral ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 30 milyon 446 min 843 nəfər, yük daşınması isə 694 min 727 ton təşkil edib.

Xatırladaq ki, 2024-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 220 milyon 987 min 163 nəfər, yük daşınması isə 4 milyon 941 min 729 ton təşkil edib.

Seçilən
0
13
turkic.world

10Mənbələr