Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko Azərbaycanın Rusiyadakı keçmiş səfiri, Milli Məclisin deputatı Polad Bülbüloğlunu Federasiya Şurasının ən ali mükafatı ilə təltif edib.
News24.az-ın məlumatına görə, Matviyenko deputata mükafatı Bakıda Parlamentlərarası Əməkdaşlıq Komissiyasının 22-ci iclasının açılış mərasimində təqdim edib.
Onun sözlərinə görə, P.Bülbüloğlu Azərbaycan və Rusiya arasında münasibətlərin inkişafına verdiyi əvəzsiz töhfəyə görə bu mükafatla təltif edilib.