Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko Azərbaycanın Rusiyadakı keçmiş səfiri, Milli Məclisin deputatı Polad Bülbüloğlunu Federasiya Şurasının ən ali mükafatı ilə təltif edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, Matviyenko deputata mükafatı Bakıda Parlamentlərarası Əməkdaşlıq Komissiyasının 22-ci iclasının açılış mərasimində təqdim edib.
Onun sözlərinə görə, P.Bülbüloğlu Azərbaycan və Rusiya arasında münasibətlərin inkişafına verdiyi əvəzsiz töhfəyə görə bu mükafatla təltif edilib.