AZ

Haaland “Mançester Siti”dən ayrıla bilər

“Mançester Siti”nin hücumçusu Erlinq Haaland komandadan ayrıla bilər.

Bizim.Media xəbər verir ki, “şəhərlilər” Çempionlar Liqasına vəsiqə qazana bilməsə, norveçli futbolçu klubu tərk etməyi düşünür. 

Haalandın karyerasını “Real” və ya PSJ-də davam etdirəcəyi ehtimal edilir.
 

Ulduz futbolçu 2022-ci il iyulun 1-dən “Mançester Siti”də çıxış edir və onun klubla müqaviləsi 30 iyun 2034-cü ilə qədərdir.


Bu mövsüm hücumçu 38 oyun keçirib, 29 qol vurub və 4 məhsuldar ötürmə edib.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
0
1
bizim.media

2Mənbələr