AZ

London və Brüssel Kiyevə silah tədarükünün sürətləndirilməsi barədə danışıqlar aparır

Böyük Britaniya və Avropa İttifaqı mümkün atəşkəsdən əvvəl Ukraynaya silah tədarükünün sürətləndirilməsi barədə danışıqlar aparır.

“İki sahil” xəbər verir ki, bu barədə Britaniyanın xarici işlər naziri Devid Lemmi “Bloomberg” agentliyinə müsahibəsində bildirib.

“Biz Ukraynanı hərbi və iqtisadi baxımdan maksimum güclü mövqeyə gətirmək niyyətindəyik. Biz sülhün bərqərar olmasını istəyirik, lakin sülh güc vasitəsilə əldə edilir, bu isə o deməkdir ki, Ukrayna müharibənin yenidən başlanması perspektivlərini dəf etmək üçün maksimum güclü mövqe tutmalıdır”, – Lemmi vurğulayıb.

Onun sözlərinə görə, mümkün döyüş əməliyyatlarının dayandırılmasından əvvəl Ukraynaya əlavə hərbi yardımın göstərilməsi məsələsi martın 18-də Aİ-nin diplomatiya rəhbəri Kaya Kallas ilə, həmçinin ötən həftə Kanadada Yeddilik Qrupuna daxil olan ölkələrin XİN başçılarının görüşü zamanı müzakirə edilib.

Seçilən
22
8
ikisahil.az

9Mənbələr