AZ

Britaniya və Aİ mümkün atəşkəsdən əvvəl Ukraynaya silah tədarükünü sürətləndirmək niyyətindədir

Böyük Britaniya və Avropa İttifaqı mümkün atəşkəsdən əvvəl Ukraynaya silah tədarükünün sürətləndirilməsi ilə bağlı danışıqlar aparır.

Day.Az xəbər verir ki, bu barədə Britaniyanın xarici işlər naziri Devid Lemmi "Bloomberg" agentliyinə müsahibəsində bildirib.

"Biz Ukraynanı hərbi və iqtisadi baxımdan maksimum güclü mövqeyə gətirmək niyyətindəyik. Biz sülhün bərqərar olmasını istəyirik, lakin sülh güc vasitəsilə əldə edilir. Bu o deməkdir ki, Ukrayna müharibənin yenidən başlanması ehtimalına qarşı mümkün qədər güclü mövqedə olmalıdır", - Lemmi vurğulayıb.

Onun sözlərinə görə, Ukraynaya əlavə hərbi yardımın göstərilməsi məsələsi martın 18-də Aİ-nin diplomatiya rəhbəri Kaya Kallas ilə müzakirə edilib. Bundan əlavə, məsələ ötən həftə Kanadada Yeddilik Qrupuna daxil olan ölkələrin XİN başçılarının görüşündə də gündəmdə olub.

Seçilən
17
8
day.az

9Mənbələr