AZ

Bəzi yerlərdə yağıntı və külək müşahidə olunur - FAKTİKİ HAVA

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Martın 19-də saat 09:00-a olan məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində dumanlı hava şəraiti davam edir.
Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.
Hazırda bəzi ərazilərdə şimal-qərb küləyi əsir, küləyin sürəti Bakıda və Abşeron yarımadasında 27 m/s, Tovuzda 20 m/s, Mingəçevir, Daşkəsən, Naftalan və Yardımlıda 18 m/s, Şamaxıda 16 m/s, Şəki və Şuşada 15 m/s-dək güclənib.
Dağlıq ərazilərə qar yağıb, qar örtüyünün hündürlüyü Şahdağda 2 sm təşkil edir.
Seçilən
16
50
oxu.az

10Mənbələr