Birinci Qarabağ müharibəsi zamanında itkin düşmüş Atakişi Qəhrəman oğlu Atayevin dəfn mərasimi olub.
Oxu.Az xəbər verir ki, onun nəşi Keşlə qəsəbəsində yerləşən Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Xatırladaq ki, 1960-cı il təvəllüdlü Atakişi Atayev 1992-ci il iyunun 27-də Xocalı rayonu Naxçıvanlı kəndində itkin düşmüşdü.
Aygün Mirakif
Mənbə: oxu.az