Birinci Qarabağ müharibəsi zamanında itkin düşən Atakişi Qəhrəman oğlu Atayevin dəfn mərasimi olub.
Sfera.az xəbər verir ki, onun nəşi Keşlə qəsəbəsində yerləşən Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Xatırladaq ki, 1960-cı il təvəllüdlü Atakişi Atayev 1992-ci il iyunun 27-də Xocalı rayonu Naxçıvanlı kəndində itkin düşmüşdü. (Oxu.az)