AZ

Nikita Mixalkov ağır vəziyyətdə xəstəxanaya çatdırılıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Məşhur rusiyalı rejissor və ssenarist Nikita Mixalkov ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Oxu.Az bu barədə "Shot" "Telegram" kanalına istinadən xəbər verib.
Qeyd olunub ki, N.Mixalkov yüksək qan təzyiqindən şikayətlənib və xəstəxanaya çatdırılıb. Onu müayinə edən həkimlər 79 yaşlı rejissorun ürəyində problemlər aşkar ediblər.
N.Mixalkov ambulator müalicə üçün evə göndərilib. Həkimlər ona dərman kursu təyin ediblər.
Rejissorun həyat yoldaşı Tatyana Mixalkova isə ssenaristin hazırda özünü yaxşı hiss etdiyi bildirib.
Seçilən
2
oxu.az

1Mənbələr