AZ

55 yaşlı kişi arvadını qətlə yetirdi: “Qızımın ailəsini dağıtdı, məni bezdirdi...”

Bakının Qaradağ rayonunda 1970-ci il təvəllüdlü Məmməd ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Kəmaləni (adlar şərti verilib – red.) qətlə yetirib.

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, Məmməd davamlı ailə münasibətləri zəminində yaranmış mübahisələrdə arvadı Kəmaləni günahkar bilib. 11 yanvar 2024-cü ildə saat 19:00-da yaşadığı Qobustan qəsəbəsindəki evinə gəlib, qonaq otağında divana uzanıqlı vəziyyətdə olan arvadı ilə mübahisə zamanı şalvarın cibində saxladığı bıçağı çıxarıb. Bıçaqla ona ardıcıl zərbələr vurub. Qadın aldığı zərbələrdən ölüb.

İstintaq orqanı tərəfindən Məmmədin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

“Övladlarıma görə göz yummuşam”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Məmməd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Kəmalə ilə 1992-ci ildə ailə həyatı qurub, birgə nikahdan 4 övladı var: “Ailə qurduğumuz ilk illərdə normal dolansaq da, təxminən 2-3 il sonradan hadisə baş verənədək münasibətlərimiz yaxşı olmayıb. Tez-tez evdə aramızda mübahisə, dava-dalaş baş verib. Lakin düşmənçililiymiz olmayıb.

Kəmalə mənimlə heç bir ciddi əsas olmadan çox vaxt evdə mübahisə, söz-söhbət yaradıb. Mən isə övladlarımın xətrinə onun bu kimi mübahisələrinə göz yummuşam”.

“Oğluma zəng edib dedim ki, anan imkan vermir”

Məmmədin sözlərinə görə, sonuncu dəfə Kəmalə ilə aralarında ciddi mübahisələri qızı Samirənin boşanması ilə bağlı olub: “Kəmalə ana olsa da, qızının ailəsini dağıtdı. Onu boşatdırdıqdan sonra əvvəlcə Bakı şəhərinin hansısa rayonunda kirayə tutduğu mənzildə yaşamasını istədi. Lakin mənim etirazımdan bir neçə gün sonra Samirə həmin mənzildən çıxaraq bizimlə birgə, bəzən də qardaşı Əhmədin evində yaşamağa başladı.

Samirənin ailəsinin dağılmasında günahı həyat yoldaşım Kəmalədə gördüyüm üçün onu bağışlamamışam, tez-tez aramızda buna görə mübahisələrimiz olurdu. Kəmaləni qızım Samirənin boşanmasında səbəbkar gördüyüm üçün artıq bezmişdim. 6-7 ay idi ki, onu öldürmək istəyirdim. Hətta böyük oğluma zəng edərək demişdim ki, ananla yola getmirik, mübahisə edir, imkan vermir rahat yaşayam. Amma oğluma, eləcə də digər şəxslərə Kəmaləni öldürmək istədiyimi deməmişəm. Bu haqda heç kimin heç bir məlumatı da olmayıb”.

“Qərara gəldim ki, arvadımı öldürüm”

Məmməd qeyd edib ki, Kəmalə ilə aralarında olan mübahisələrlə bağlı oğlu Nəsibə danışıb, Nəsib də 2024-cü ildə Rusiyadadan Bakı şəhərinə gəlib: “Lakin həmin vaxt görüşmədik, heç bir söhbət etmədik. Növbəti gün, saat 7 radələrində yuxudan oyandım,evdən çıxaraq işə getdim. Digər oğlum Əhmədlə eyni müəssisədə işləsək də, müxtəlif sexlərdə çalışdığımız üçün həmin gün onunla iş yerində görüşmədim.

Saat 16:30-da işdən çıxıb təkbaşına yaşadığım Qobustan qəsəbəsinə gəldim. Qəsəbənin ərazisində xeyli təkbaşına gəzdim. Qəti qərara gəldim ki, arvadım Kəmaləni evdə bıçaqlayaraq öldürüm. Bu barədə heç kimə heç nə demədən saat təxminən 19 radələrində evə gəldim.

Darvazanı döydüm, azyaşlı qızım Səlimə darvazanı açdı. İçəri, həyətə keçərək qızımla mehriban görüşdüm, üzündən öpdüm. Ondan evdə kimin olduğunu soruşdum. “Mamam qonaq otağındadır, qaqam isə öz otağında yatır” dedi.

Səliməyə dedim ki, sən keç qardaşının otağına, mən gəlirəm. Evin giriş qapısından içəri keçdikdə Səlimə sol tərəfdə olan otağa, yəni oğlumun yatdığı otağa girdi, qapını örtdü. Mən isə sağ tərəfdə olan qonaq otağına girdim. Otağının qapısını örtdüm, amma açarla içəridən bağlamadım”.

Seçilən
25
4
publika.az

10Mənbələr