"Əl-Nəsr" klubunun hücumçusu Kriştiano Ronaldo "Real"a qayıda bilər.
Publika.az xəbər verir ki, bu barədə "El Gol Digital" nəşri məlumat yayıb.
Bildirilir ki, "kral klubu"nun 40 yaşlı futbolçunu bu ilin yayında keçiriləcək klublararası dünya çempionatında oynaya bilməsi üçün icarəyə götürmək ehtimalı var. Belə olan halda Ronaldo karyerasında ilk dəfə dünya çempionu olmaq şansı qazanacaq.
2024/25 mövsümündə Kriştiano Ronaldo klub səviyyəsində 33 oyun keçirib, 28 qol vurub və 4 məhsuldar ötürmə edib.