AZ

Ronaldo “Real”a qayıdır?

“Ən-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo “Real Madrid”ə qayıda bilər.

 Tribunainfo.az  qafqazinfo-ya istinadən xəbər verir ki,  bu barədə “El Gol Digital” məlumat yayıb.

“Kral klubu”nun 40 yaşlı futbolçunu bu ilin yayında keçiriləcək klublararası dünya çempionatında oynaya bilməsi üçün icarəyə götürmək ehtimalı var.

Belə olan halda “Real” turnirdə qalib olarsa, Ronaldo ilk dəfə dünya çempionu titulunu qazanacaq.

Qeyd edək ki, 2024/25 mövsümündə Kriştiano klub səviyyəsində 33 oyun keçirib, 28 qol vurub və 4 məhsuldar ötürmə edib. Forvard 2009-2018-ci illərdə “Real”ın şərəfini qoruyub.

Əlavə edək ki, klublararası dünya çempionatı iyunun 15-dən iyulun 13-dək ABŞ-da keçiriləcək.

Seçilən
0
5
tribunainfo.az

7Mənbələr