Misli Premyer Liqasının XXXI və XXXII turlarının oyun proqramı açıqlanıb.
Offsideplus.az xəbər veri ki, bu iki turun qarşılaşmaları 18-20 və 25-28 aprel aralığında baş tutacaq.
Bununla da, XXXI turun mərkəzi görüşü, eləcə də Azərbaycan çempionatının ən yaxşı matçlarından biri, derbi adlanan "Qarabağ" - "Neftçi" oyununun başlanma vaxtı müəyyənləşib. Qarşılaşmanın start fiti aprelin 19-da Tofiq Bəhramov adına Respublika stadionunda saat 20-də çalınacaq.
Xatırladaq ki, fevralın 16-da keçirilən son Azərbaycan derbisi azarkeş rekordu ilə yadda qalıb. Oyunu "Neftçi Arena"da 9355 tamaşaçı izləyib. Derbidə "Qarabağ" 10 nəfərlə qalsa da, 1:0 hesabı ilə qalib gəlib.
Misli Premyer Liqası, XXXI tur
18 aprel (cümə)
“Araz-Naxçıvan” – “Turan Tovuz”
“Liv Bona Dea Arena”, 19:00
19 aprel (şənbə)
“Sabah” – “Səbail”
“Bank Respublika Arena”, 17:30
“Qarabağ” – “Neftçi”
Tofiq Bəhramov adına Respublika stadionu, 20:00
20 aprel (bazar)
“Şamaxı” – “Kəpəz”
Şamaxı şəhər stadionu, 16:30
“Zirə” – “Sumqayıt”
Zirə İdman Kompleksinin stadionu, 19:00
Misli Premyer Liqası, XXXII tur
25 aprel (cümə)
“Turan Tovuz” – “Şamaxı”
Tovuz şəhər stadionu, 19:00
26 aprel (şənbə)
“Kəpəz” – “Zirə”
Tovuz şəhər stadionu, 19:00
27 aprel (bazar)
“Səbail” – “Araz-Naxçıvan”
“ASCO Arena”, 17:30
“Sabah” – “Qarabağ”
“Bank Respublika Arena”, 20:00
28 aprel (bazar ertəsi)
“Sumqayıt” – “Neftçi”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 20:00