Ermənistan Müdafiə Nazirliyinə təlimatım aydındır, atəşkəs rejimini pozmayın.
Demokratikmusavat.com"Report"a istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin layihəsi razılaşdırılıb və imzalanmağı gözləyir. Ermənistan Müdafiə Nazirliyinə təlimatım aydındır: atəşkəs rejimini pozmayın. Ermənistan müharibəyə deyil, sülhə doğru gedir", - o qeyd edib.