“Real”ın prezidenti Florentino Peres ötən mövsüm oyunçulara ümumilikdə 40 milyon avro bonus ödəyib.
“Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.
“Kral klubu”nun futbolçuları son Çempionlar Liqasının finalında qalib gəldikləri üçün hər biri 900 min avro mükafat alıblar. Həmin oyunda “Real” Dortmund “Borussiya”sına 2:0 hesabı ilə qalib gəlmişdi.
Madrid təmsilçisinin futbolçuları yayda keçiriləcək klublararası dünya çempionatının qalibi olacaqları halda hərəyə 650 min avro bonus qazana bilərlər.(Qafqazinfo)