AZ

Binəqədi rayonunda “Novruz bayramı” münasibətilə tədbir keçirildi

18 mart 2025-ci il tarixində  “Konstitusiya və Suverenlik İli” çərçivəsində Binəqədi rayonunda Novruz bayramı” münasibətilə tədbir keçirildiSuveren Azərbaycanımızda xalqımızın  sevimlibayramı olan Novruz bayramı hər il olduğu kimiböyük coşqu ilə qeyd edilirBu münasibətləölkəmizin hər bir tərəfində bayram şənlikləri konsert proqramları təşkil edilir. Bayram günlərindəkişənliklər öz kütləviliyi ilə seçilir. Hər bir məkandaolduğu kimi Novruz ərəfəsində Binəqədi rayonununbütün ərazilərində parklar bayramsayağı bəzədilibsəmənilər quraşdırılıb.

Binəqədi rayonunda bu il Novruz bayramı” 7-ci mikrorayon Abay Kunanbayev-66 ünvanında HeydərƏliyev Fondunun Vitse-prezidenti, İDEA İctimaiBirliyinin təsisçisi  rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Bizim həyət” layihəsi çərçivəsindəyaradılan məhəllədə keçirildi. Bayram tədbirində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon təşkilatının sədri Vüsar İsmayılov, millət vəkilləri, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİH başçısı aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, rəsmi qonaqlar və rayon ictimaiyyətin nümayəndələri, məhəllə sakinləri iştirak edirdilər. Tədbirdə xüsusi olaraq ayrılmış sahədə Novruz adət-ənənələri nümayiş etdirildi, Dədə Qorqud öyüd-nəsihətləri, bayram duaları, təbrikləri, Kosa və Keçəl duzlu-məzəli zarafatları ilə insanları şənləndirdilər.

Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev əziz bayram günündə şəhidlərimizin xatirəsini dərin ehtiramla yad edərək, şəhid ailələrini, torpaqlarımızın keşiyində dayanan əsgər və zabitləri, tədbir iştirakçılarını, rayon sakinlərini Novruz bayramı münasibətilə təbrik edərək, hər kəsə xoş bayram ovqatı arzuladı.

Tədbir iştirakçıları bayramı yüksək sevinc hissi ilə qeyd etdilər. Bayramda müğənnilərin ifasında müxtəlif şən mahnılar səsləndi, Novruzun əsas personajları olan Kosa, Keçəl və Bahar qızı toplaşanları şənləndirdi və bayram tonqalının ətrafında sakinlərlə birgə rəqs etdilər. Ululuq və ağsaqqallıq rəmzi sayılan Dədə Qorqud, eləcə də Bahar qızı bayram münasibəti ilə rayon sakinlərini təbrik edərək ölkəmizə bol ruzi-bərəkət və əmin-amanlıq arzuladılar.

Qədim ənənələrimizin canlandırıldığı şənlikdə Dədə Qorqud bayram tonqalını qalamaqla bu şad gündə el-obanı birliyə, həmrəyliyə səslədi. Hazırlanan müxtəlif növ bayram şirniyyatları tədbir iştirakçılarına təklif olundu.

Qonaqların və rayon ictimayyətinin iştirak etdiyi böyük konsert proqramında sevilən sənətçilərin ifasında səslənən bir-birindən gözəl bayram əhval-ruhiyyəli musiqilər tamaşaçılara xoş ovqat bəxş etdi.

Novruz bayramınız mübarək! Hər birinizə bahar əhval-ruhiyyəsi, süfrələrinizə bol ruzi-bərəkət, ölkəmizdə əmin-amanlıq və işlərinizdə müvəffəqiyyətlər arzulayırıq!

Seçilən
44
36
azerforum.com

10Mənbələr