AZ

“Google” Novruz Bayramı münasibətilə dudl hazırlayıb

ABŞ-ın transmilli şirkəti, məşhur “Google” axtarış sistemi Novruz Bayramı münasibətilə “dudl” hazırlayıb.

“2025 Norvuz bayramı” adlı dudlda bayramın simvolları, Kosa, səməni, habelə baharın gəlişi, ağacların çiçək açması, qaranquşların gəlişi əks olunub.

Qeyd edək ki, du gün – martın 20-i Azərbaycanda Novruz bayramı qeyd edilir. Yaz fəslinin Azərbaycana daxil olması Bakı vaxtı ilə saat 13:01:25-ə təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşir və Günəş düz şərqdə doğub, qərbdə batır.

Yaz fəslinin müddəti 92 gün 17 saat 40 dəqiqə 46 saniyə olacaq.

UNESCO Novruz bayramını 2009-cu il sentyabrın 30-da qeyri-maddi mədəni irs siyahısına daxil edib.

Seçilən
12
2
veteninfo.az

10Mənbələr