Tarix üzrə fəlsəfə doktoru, dosent Xanalıyev Vahid Məmmədyar oğlu vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, bu haqda ADPU-nun Şamaxı filialının sosial şəbəkə hesabında paylaşım olunub:
“ADPU-nun Şamaxı filialının kollektivi adından mərhumun ailəsinə dərin hüznlə başsağlığımızı bildiririk. Allah rəhmət eləsin!”
Qeyd edək ki, V.Xanalıyev 1978-1980-ci illərdə M.Ə.Sabir adına Şamaxı Pedaqoji Texnikumunun direktoru, 1980-1982-ci illərdə Şamaxı Şəhər Sovetinin sədri, 1982-1989-cu illərdə “Şamaxı” üzümçülük sovxozunun direktoru, 1989-1991-ci illərdə yenidən Şamaxı Şəhər Sovetinin sədri, 1991-2000-ci illərdə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında direktor müavini, 2000-ci ildən 2013-cü ilədək isə 85 saylı Şamaxı Dairə Seçki Komissiyasının sədri kimi vəzifələrdə çalışıb.